Dünya

İlin əvvəlindən bəri Rusiyadan Türkiyəyə 3,5 milyona yaxın turist gəlib

29 Oktyabr 2021 22:25
Baxış: 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Türkiyəyə 3,5 milyona yaxın turist gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya turizm operatorları Assosiasiyası Türkiyənin mədəniyyət və turizm Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, sərhəd xidmətləri ilin doqquz ayında 3 456 859 Rusiya vətəndaşının Türkiyəyə səfərini qeydə alıb. Bu, 2020-ci ilin eyni dövrünə nisbətən 143,2 faiz çoxdur. Lakin pandemiyaya qədərki analoji dövr ilə müqayisədə turizm axında 41,4 faiz azalma var.

Assosiasiyadan bildiriblər ki, bu il Türkiyəyə ən çox turist Rusiyadan gəlib. Ölkəyə turizm axınında Rusiyanın payı 19,65 faiz təşkil edib. Proqnozlara görə, bütövlükdə il ərzində Türkiyəyə 4-4,5 milyon rusiyalının gələcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.