Dünya

Yaponiya COVID-19-a qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır

29 Oktyabr 2021 22:40
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Səhiyyə Nazirliyinin ekspertlər qrupunun təklifini nəzərə alaraq COVID-19-a qarşı üçüncü peyvəndin vurulmasına dekabrda başlamağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üçüncü peyvənd ilkin olaraq tibb işçilərinə vurulacaq. Bildirilir ki, bu zaman ABŞ-ın "Pfizer" şirkətinin ikinci peyvəndinin vurulmasından sonra onun səmərəlilik dərəcəsinin aşağı düşməsi barədə məlumatı əsas götürülür. Belə ki, həmin tədqiqatın nəticələrinə görə hər iki peyvənd vurulduqdan sonra 16-44 yaşlı şəxslər arasında səmərəlilik 89 faizdən 39 faizə, 45-64 yaş üzrə şəxslər arasında 87 faizdən 50 faizə, 65 yaşdan yuxarı şəxslər arasında isə 80 faizdən 43 faizə enib.

Qeyd edilib ki, üçüncü peyvəndin vurulması ilə əlaqədar xarici ölkələrin təcrübəsi də nəzərə alınıb. Məsələn, ABŞ-da üçüncü peyvəndin yaşlı nəslə və yaşı 18-dən yuxarı, lakin müvafiq xəstəliklərə malik olan şəxslərə artıq vurulmağa başlandığı qeyd edilib. İsraildə isə 12 yaşdan yuxarı şəxslərin iki peyvənddən sonra üçüncü peyvəndi almaq hüququna malik olduğu bildirilib.

Ekspertlər qrupu peyvəndin səmərəliliyinin azalmasını nəzərə alaraq yaşlı nəslə üçüncü peyvəndin vurulmasının zəruri olduğunu təklif edib.

Səhiyyə Nazirliyinin bununla bağlı son qərarı noyabrda qəbul edəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.