Dünya

Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb

26 Oktyabr 2021 07:35
0 Şərh     Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanda ötən gün dövlət çevrilişinə cəhddən sonra başlayan etiraz aksiyalarında 7 nəfər ölüb, 140 nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insanlar güllə yarası aldıqdan sonra vəfat ediblər. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Sudanda hərbçilər ölkənin baş naziri Abdulla Hamduk da daxil olmaqla bir sıra yüksəkvəzifəli məmurlar və siyasətçiləri həbs ediblər.

Bu gün BMT Təhlükəsizlik Şurası Sudandakı vəziyyəti müzakirə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.