Dünya

Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin

17 Oktyabr 2021 23:26
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironov növbəti dəfə antitürk xislətini nümayiş etdirib.

O, "Danışır Moskva" radiostansiyasının efirində sərsəm təkliflə çıxış edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Mironov Rusiya vətəndaşı olan subay xanımlara istirahət məqsədilə Türkiyəyə səfər etməyin qadağan olunmasını istəyib.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən millət vəkili Türkiyəli gənclərin rus qızlarını saxta içkilərlə məst etdikdən sonra onların başına oyun açdıqlarını iddia edib.

Qeyd edək ki, Milonov ara-sıra sərsəm təkliflərilə gündəmə gəlməyi, deyəsən çox xoşlayır. Bir müddət öncə o, kollektor fəaliyyətilə məşğul olan Rusiya vətəndaşlarını pensiyadan məhrum etməyə çağırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.