Dünya

Bolqarıstan "ən güclü" pasport reytinqində 10-cu yerdədir

8 Oktyabr 2021 22:44
0 Şərh     Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan pasportu "Arton Capital" şirkətinin 2021-ci il üçün tərtib etdiyi "ən güclü" pasportlar siyahısında 10-cu yerdə qərarlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 193 ölkənin və altı ərazinin pasportlarını əhatə edən reytinq, vətəndaşların vizasız daxil ola biləcəyi ölkələrin sayı əsasında tərtib edilib.

Şirkətdən verilən məlumata görə, Bolqarıstan pasportu ilə 97 ölkəyə vizasız daxil olmaq mümkündür.

Reytinqdə birinci yeri 98 ölkəyə vizasız girə biləcəyiniz pasportla Birləşmiş Ərəb Əmirlikləri tutur. İkinci yerdə Yeni Zelandiya, Almaniya, Finlandiya, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, İsveçrə, Avstraliya və Cənubi Koreya gəlir.

Siyahıda sonuncu yerdə Əfqanıstan pasportu tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.