Dünya

Yer kürəsinə iri asteroid yaxınlaşacaq - NASA

4 Oktyabr 2021 10:12
0 Şərh     Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Asteroid 1998 SD9 2,5 milyon kilometr məsafədə planetimizin yaxınlığında uçacaq.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, onun eni 44-100 metr arasında dəyişir.

Bu asteroid Yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşan bütün kosmik obyektlər kimi potensial təhlükəli hesab edilir. Səma cisminin planetimizə nə vaxt yaxınlaşacağı tarix tam açıqlanmayıb.

NASA-nın məlumatına görə, daha bir asteroid - 2021 SG sentyabrın ortalarında Yer kürəsinə daha çox yaxın olub. O, planetimizdən Yer kürəsinin Ayla olan məsafəsindən (384 min kilometr) bir qədər uzaq məsafədə uçub.

Onun ölçüsü təxminən 70 metr olub, NASA onun Yerə yaxınlaşması barədə 1 gün sonra bilib.

Bu onu göstərir ki, əgər planetimizlə toqquşma olsaydı, heç kim gələcəkdə baş verəcək qəzadan əvvəlcədən xəbərdar olmayacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.