Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.
Milli.Az "Report"a istinadən bildirir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb. Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.
MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.
Milli.Az