Dünya

ABŞ-da koronavirusdan ölənlərin sayı 700 mini keçib

2 Oktyabr 2021 08:13
0 Şərh     Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin mətbuat katibi Cen Psaki müntəzəm brifinqdə koronavirusun fəsadlarından ölən ABŞ sakinlərinin sayının 700 minə yaxınlaşmasını şok və qorxunc adlandırıb.

O bildirib ki, bu, pandemiya səbəbindən həyatını itirənlərin sayı şok edici və qorxuncdur:

"Hesab edirəm ki, ABŞ prezidenti Co Bayden dəfələrlə ölkədə baş verən hər şeyə, o cümlədən COVID-19-a qarşı davam edən mübarizəmizə inanılmaz dərəcədə məsuliyyət daşıdığını söyləyib. Buna görə də bu işə diqqət yetirir, prezidentliyinin ilk günündən bu onun üçün əsas prioritetdir".

Hazırda ölkədə ümumilikdə 43 615 149 koronavirus infeksiyası qeydə alınıb, ölənlərin dəqiq sayı isə 700 258 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.