Dünya

Avstraliya əvvəlcə zəmanət verməlidir, sonra... - Fransa

29 Sentyabr 2021 14:24
0 Şərh     Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa AUKUS tərəfdaşlığı ilə bağlı yüksək səviyyəli əlaqələri bərpa etməzdən öncə Avstraliya ilə məzmunlu dialoq üçün zəmanət gözləyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidentinin müşaviri çıxış edib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.