Dünya

İlon Mask yenə birinci oldu

28 Sentyabr 2021 22:59
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Forbes" dünyanın ən zəngin insanlarının yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask siyahıda "Amazon"un qurucusu Ceff Bezosu qabaqlayaraq birinci olub. Maskın sərvəti "Tesla" səhmlərində davam edən yüksəlişdən sonra artıb.

İkinci yerdə 197,7 milyard dollarla Bezos, üçüncü yerdə 175,5 milyard dollarla "Louis Vuitton Moët Hennessy"nin prezidenti Bernar Arno, dördüncü yerdə 131 milyard dollarla Bill Qeyts, beşinci yerdə 126,4 milyard dollarla Mark Zukerberqdir.

Qeyd edək ki, İlon Mask dünyada sərvəti 200 milyard dolları keçən üçüncü şəxsdir (2020-ci ilin avqustunda Bezos - birinci, Arno - ikinci olub).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.