Dünya

“WhatsApp” 1 noyabrdan etibarən bu telefonlarda işləməyəcək - SİYAHI

28 Sentyabr 2021 19:24
2 Şərh     Baxış: 6 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" 1 noyabrdan etibarən bəzi telefonlarda işləməyəcək.

Milli.Az sfera.az-a istinadən bildirir ki, 1 noyabrdan etibarən sözügedən tətbiq bir sıra modellərdə çalışmayacaq. Android 4.0.4 və daha köhnə cihazlar bu tətbiqdən məhrum olacaqlar. Eyni zamanda Samsung Galaxy SII, Galaxy S3 mini, Optimus L5 Dual, Optimus L4 II Dual, Optimus F7, Optimus F5 və daha bir sıra Android cihazları da bu siyahıya daxildir. 

İOS cihazlarında isə minimum tələb iOS 10 və daha yeni modellərlə məhdudlaşacaq. İOS 10-dan daha köhnə əməliyyat sistemlərində işləyən hər hansı bir iPhone modelində tətbiq 1 noyabrdan etibarən işləməyəcək - İPhone 6S, iPhone 6S Plus, Apple iPhone SE  kimi cihazlar da bunlar arasındadır. Tətbiqi istifadə edənlər "WhatsApp"ı dəstəkləyən yeni model almaq məcburiyyətində qalacaqlar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.