Dünya

Alman ekspert: Yeni hökumət qurmaq çox çətin olacaq

27 Sentyabr 2021 09:46
0 Şərh     Baxış: 478
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyada yeni hökumət qurmaq son dərəcə çətin olacaq. Almaniyanı bu çətin dövrlərdə idarə edə biləcək praqmatistlər uzaqlaşdırılır. Yaşıl ideoloqlar və onları əyləndirənlər hakimiyyətə gələcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Bundestaqda seçkinin ilkin nəticələrini şərh edən alman siyasətçisi Valdemar Qerdt deyib.

"Sürprizlər olmadı. "Almaniya üçün Alternativ" partiyası, hakim koalisiyaya etiraz potensialını nəzərə alsaq, 25-35 faiz səs qazanmalı idi. Birbaşa manipulyasiyanı istisna etmirəm. Seçkilərdən sonra poçt və birbaşa səsvermə ilə verilən səslərin sayını təhlil edərik",- deyə o, vurğulayıb.

Qeyd edək ki, sentyabrın 26-da keçirilən səsvermənin nəticələrinə görə, daha 4 illik bir hökumət qurulacaq və 16 il Almaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsində çalışan Angela Merkelin yerinə kansler təyin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.