Dünya

İnfeksionist: “Gürcüstanda vəziyyət belə davam edirsə, ölkə ciddi fəlakətlə üzləşəcək”

24 Sentyabr 2021 21:25
0 Şərh     Baxış: 677

"Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı vəziyyət belə davam edirsə, ölkə ciddi fəlakətlə üzləşəcək".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi Yoluxucu Xəstəliklər, QİÇS və İmmunoloji Patologiya Mərkəzinin rəhbəri Tenqiz Tsertsvadze söyləyib.

Onun sözlərinə görə, son günlər Gürcüstanda əhalinin kütləvi vaksinasiyası səviyyəsi çox aşağı düşüb. Bu isə ciddi problemlərə - koronavirusa yoluxma və ölüm hallarının artmasına səbəb olur.

"Biz əvvəllər peyvənd olunanların gündəlik sayının 25-30 mindən 40-50 minə qədər qaldırmağı planlaşdırırdıq. Lakin təəssüf ki, bu rəqəm getdikcə azalır. Bu isə ciddi narahatlıq doğurur".

"İnsanlar hələ də üzləşdiyimiz təhlükənin fərqinə varmır və koronavirusa laqeyd yanaşırlar. Bu isə bizi daha böyük fəlakətə sürükləyir",- deyə, Tertsvadze vurğulayıb.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda daha 1698 nəfər koronavirusa yoluxub, 38 nəfər pandemiyanın qurbanı olub.

Ölkədə indiyədək 603 763 nəfər COVID-19-a yoluxub. Onların 572 353-ü sağalıb, 8 749-u dünyasını dəyişib. Gündəlik yoluxma 6,61 faizə çatıb.

Sentyabrın 22-də gün ərzində 12 948 nəfər peyvənd olunub.

Gürcüstanda martın 15-dən bu günədək ümumilikdə 1 700 895 nəfər vaksin vurdurub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.