ABŞ öz qoşunlarını dərhal Suriyadan çıxarmalıdır, əks halda onları Əfqanıstanda olduğu kimi, alçaldıcı gediş gözləyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya xarici işlər naziri Feysal Mikdad deyib.
"İstəyirik ki, onlar (ABŞ) Əfqanıstana diqqət yetirsinlər. Qoy, amerikan qoşunlarının alçaldıcı gedişindən sonra öz işləri ilə məşğul olsunlar. Bizə də lazım olan budur. Amerikalılar Suriyadan getsinlər", - deyə XİN rəhbəri bildirib.
Milli.Az