Dünya

Fransızlar təhqir olundu, Avropa parçalanır

21 Sentyabr 2021 11:48
0 Şərh     Baxış: 1 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış AUKUS razılaşması Fransaya təhqirdir və Avropanı parçalayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avroparlamentdə təmsil olunan ən böyük fraksiyalardan biri - Avropa Xalq Partiyasının rəhbəri Manfred Beber deyib.

"Razılaşma Fransa üçün diplomatik təhqirdir və Çini Sakit okean regionunda əsassız olaraq parçalayır", - deyə M.Beber bildirib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.