Dünya

Avropa Müdafiə İttifaqı yaradılır

16 Sentyabr 2021 22:18
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bəyan edib.

Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur.

"Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.