Dünya

Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

12 Sentyabr 2021 10:55
0 Şərh     Baxış: 491

Fransanın paytaxtı Parisdə sanitariya keçidlərinə qarşı keçirilən nümayişdə 96 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.

Sentyabrın 11-də Fransada ölkə daxilində təxminən 121 min adam nümayişlərə qatılıb. 19 min insan isə Parisdə etiraz edib. Aksiya zamanı 3 polis əməkdaşı yaralanıb.

Fransada doqquzuncu həftədir "COVID pasportlarına" qarşı nümayişlər davam edir. Etirazçılar Fransa prezidenti Emmanuel Makronu məhdudlaşdırıcı tədbirlərlə bağlı verdiyi sərəncamlara görə "vəzifə səlahiyyətlərindən sui -istifadə" və "dövlət çevrilişində" günahlandırırlar.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.