Dünya

Hamilə qadın koronaya yoluxdu: 17 gün reanimasiyada qaldım - FOTO

10 Sentyabr 2021 22:15
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə, Əskişəhərdə 29 həftəlik hamilə olarkən koronavirusa yoluxan Duygu Yetgin Akgün körpəsini erkən doğuşla dünyaya gətirib.

Milli.Az xəbər verir ki, "Delta" əlamətləri ilə xəstəxanaya müraciət edən qadın koronavirusa yoluxduğunu öyrənib.

Daha sonra erkən doğuma alınan Akgün çəkisi 1 kq 300 qram olan qız övladı dünyaya gətirib:

"Vaksin vurdurmadığım üçün koronavirusu ağır keçirtdim. 17 gün reanimasiyada qaldım. O ağrını sözlərlə ifadə edə bilmərəm. Həyat yoldaşım universitetdə işləyir. Orada 8 nəfər birdən yoluxdu. Amma vaksinasiya olunduqları üçün yüngül keçirtdilər. İki dəfə ölümdən qayıtdım. Çox həyəcanlıyam. Qızımı dünyaya gətirdiyimdən bəri heç görməmişəm".

Xəstəxananın baş həkimi Yaşar Bildirici isə hamiləlikdə vaksinin çox önəmli olduğunu açıqlayıb:

"Pandemiya başlayanda hamilələrin vaksin olunması ilə bağlı bir sıra narahatlıqlar var idi. Amma aparılan çalışmalardan sonra məlum oldu ki, bu onlar üçün çox önəmlidir. Həm özlərinin, həm də körpələrinin sağlamlığı üçün vaksin vurdurmalıdırlar".

Qeyd edək ki, qadın körpəsinin üzünü ilk dəfə kamera vasitəsi ilə görüb. /medicina.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.