Əfqanıstanda yaradılacaq "Taliban" hökumətində qadınlar üçün də vəzifələr olacaq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Taliban"ın nümayəndəsi Zabiullah Mücahid bildirib.
"Bu hökumət müvəqqətidir. Şəriət qanunlarına uyğun olaraq qadınlar üçün vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, amma qadınlar üçün də yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq", - Z.Mücahid Fransanın "BFMTV" telekanalına müsahibəsində belə deyib.
Milli.Az