Dünya

Almaniyaya səyahət edənlər üçün “Sinovac” qərarı

8 Sentyabr 2021 11:12
0 Şərh     Baxış: 1 755
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin "Sinovac" vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı "Sinovac" peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.

Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.

Qeyd edək ki, ölkə hökuməti yalnız "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" vaksinlərini rəsmən tanıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.