Dünya

Kabildə “Taliban” və qadınlar üz-üzə gəldilər - VİDEO

7 Sentyabr 2021 16:00
0 Şərh     Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatının nümayəndələri əfqan qadınların aksiyasını gözyaşardıcı qaz və elektroşoklarla dağıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sputnik Gürcüstan" bu görüntüləri əks etdirən video yayımlayıb. Bildirilir ki, insident Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verib.

Qadınlardan birinin sözlərinə görə, o bu gün öz vətənində kimə müraciət edəcəyini bilmir və onun hüquqlarını da qoruyacaq heç kim yoxdur.

Qeyd edək ki, "Taliban" hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan qadın gələcək talelərinin necə olacağından ehtiyat edir.

Əfqan qadınlar Kabildə və ölkənin digər şəhərlərində mitinqlər təşkil edərək öz hüquqlarına hörmət edilməsini tələb edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.