Dünya

BMT Baş katibi: “Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır”

7 Sentyabr 2021 13:24
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır".

Milli.Az report-a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş tviter səhifəsində Ümumdünya Təmiz Hava Günü münasibətilə paylaşımında yazıb.

"Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Bu, hər il təxminən 7 milyon insanın erkən ölümünə səbəb olur. İndi qərarlı şəkildə hərəkətə keçməsək, bu rəqəm 2050-ci ildə iki qat arta bilər. İnsanları və planetimizi qoruya bilmək üçün nəfəs aldığımız havanı təmizləmək uğrunda birlikdə çalışaq", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.