"Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır".
Milli.Az report-a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş tviter səhifəsində Ümumdünya Təmiz Hava Günü münasibətilə paylaşımında yazıb.
"Dünyada hər 10 nəfərdən 9-u çirkli hava ilə nəfəs alır. Bu, hər il təxminən 7 milyon insanın erkən ölümünə səbəb olur. İndi qərarlı şəkildə hərəkətə keçməsək, bu rəqəm 2050-ci ildə iki qat arta bilər. İnsanları və planetimizi qoruya bilmək üçün nəfəs aldığımız havanı təmizləmək uğrunda birlikdə çalışaq", - o qeyd edib.
Milli.Az