Dünya

Boliviyada ağır yol qəzası: 21 ölü, 12 yaralı - VİDEO - FOTO

7 Sentyabr 2021 08:42
0 Şərh     Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 21 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin prezidenti Luis Arse bildirib.

"Biz kədərli xəbər aldıq ki, Koçabamba departamentində, Moroçatoy yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 insan həlak olub, 12 nəfər xəsarət alıb. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik", - deyə o, özünün tvitterdəki hesabında yazıb.

"Unitel" telekanalı bildirib ki, Kilyakolyo şəhəri istiqamətində hərəkət edən avtobus 200 metrlik hündürlükdən aşıb. Sərnişin avtobusunun xəstəxanada müalicə edilən sürücüsünün sözlərinə görə, o, nəqliyyat vasitəsinin digər avtomobillə toqquşmaması üçün qəfil əyləci basıb. Bundan sonra avtobusa idarəetməni itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.