Dünya

“Taliblər” Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır

7 Sentyabr 2021 08:22
0 Şərh     Baxış: 810
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən ay Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban"ın nümayəndəsi Əhmədulla Muttaki bildirib ki, hərəkat yeni hökumətin tərkibinin elan edilməsinə hazırlığı başa çatdırıb.

"İslam hökumətinin bəyannaməsinə hazırlıq qurtardı", - Muttaki tvitterdə yazıb.

Milli.Az "Report"a istinadən bildirir ki, "Taliblər"in nümayəndəsinin sözlərinə görə, hökumət yaxın vaxtlarda elan ediləcək.

"Taliblər" bir ay əvvəl hökumət qüvvələrinə hücumu daha da aktivləşdiriblər və avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilə giriblər. Onlar növbəti gün bildiriblər ki, müharibə qurtarıb və dövlətin idarə üsulu yaxın vaxtlarda aydınlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.