Ötən ay Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban"ın nümayəndəsi Əhmədulla Muttaki bildirib ki, hərəkat yeni hökumətin tərkibinin elan edilməsinə hazırlığı başa çatdırıb.
"İslam hökumətinin bəyannaməsinə hazırlıq qurtardı", - Muttaki tvitterdə yazıb.
Milli.Az "Report"a istinadən bildirir ki, "Taliblər"in nümayəndəsinin sözlərinə görə, hökumət yaxın vaxtlarda elan ediləcək.
"Taliblər" bir ay əvvəl hökumət qüvvələrinə hücumu daha da aktivləşdiriblər və avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilə giriblər. Onlar növbəti gün bildiriblər ki, müharibə qurtarıb və dövlətin idarə üsulu yaxın vaxtlarda aydınlaşacaq.
Milli.Az