Dünya

Qırğızıstan parlamentinə seçkilərdə 75 siyasi partiya iştirak etmək istəyini bildirib

6 Sentyabr 2021 21:50
0 Şərh     Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilərdə ölkədə fəaliyyət göstərən 75 siyasi partiya iştirak etmək istəyini bildirib və bununla bağlı ölkənin Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasına (SRMK) rəsmi məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu haqda Qırğızıstan SRMK-nın məlumatında deyilir.

Xatırladaq ki, Joqorku Keneşə yeni seçkilər bu il noyabrın 28-də keçiriləcək. Qırğızıstanda cari il aprelin 11-də baş tutan ümumxalq səsverməsinə görə bu il keçiriləcək seçkilərdə Joqorku Keneş 90 deputatdan formalaşdırılacaq. Ölkədə deputatlar 5 il müddətinə seçilir.

Qeyd edək ki, hazırkı parlament 125 deputatdan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.