Dünya

Məsud “Taliban”la danışıqlara hazırdır

5 Sentyabr 2021 22:27
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələrinin lideri Əhməd Şah Məsud "Taliban" hərəkatı ilə danışıqlara hazır olduğunu bildirib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Məsud özünün "Facebook" səhifəsində yazıb.

O, din alimlərinin döyüşləri dayandırmaq təklifini alqışlayıb.

"Müqavimət qüvvələri prinsipcə mövcud problemləri həll etməyə, döyüşlərə dərhal son qoymağa və danışıqları davam etdirməyə razıdır", - deyə Məsud qeyd edib.

Bundan əvvəl Əfqanıstan mətbuatı bildirmişdi ki, din xadimləri döyüşlərə son qoymaq üçün müqavimət qüvvələri ilə "Taliban"ı danışıqlara çağırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.