Dünya

Avropa İttifaqı öz ordusunu yaradır

4 Sentyabr 2021 09:36
Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) dövlətlərinin müdafiə nazirləri Sloveniyanın Kran şəhərində bir araya gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gündəmdəki məsələ İttifaqın öz hərbi qüvvəsini yaratması olub. İclasda iştirak edənlər Əfqanıstanda baş verən son hadisələrin bu ehtiyacı gündəmə gətirdiyini qeyd ediblər.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell bildirib ki, Avropa hərbi qüvvəsinə ehtiyac indiyə kimi bu qədər özünü büruzə verməmişdi:

"ABŞ daxil olmaq istəmədikdə Aİ maraqlarımızı qoruya bilmək üçün müdaxilə edə bilməlidir. Bunu açıq deyirəm. Aİ-yə üzv dövlətlər olaraq, lazımi şəkildə hərəkət edə bilmək üçün potensialımızı artırmalıyıq. Bunun alternativi yoxdur".

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qeyd edib ki, İttifaq Əfqanıstanda olanlardan dərs almalı və özünə aid hərbi qüvvə yaratmalıdır.

İttifaqın özünün ordusunu yaratması və 2022-ci ildə təsdiq üçün təqdim etməsi planlaşdırılır.

Qeyd edək ki, mövzu Aİ-də may ayında da gündəmə gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.