Dünya

İsveçrə iş adamını Rusiyaya verməkdən imtina etdi

30 Avqust 2021 22:44
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə iş adamı Vladislav Klyuşinin ekstradisiyası ilə bağlı Rusiyanın tələbini rədd edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsveçrənin Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Klyuişin İsveçrədə cinayət məsuliyyətinə cəlb olunmayıb və bu səbəbdən ekstradisiya tələbi qəbul edilmir.

"Avropa İttifaqı Konvensiyasına uyğun olaraq ekstradisiyanın vacib şərti olan ikili cinayətkarlığın olmaması səbəbindən, 12 Avqust 2021-ci ildə Federal Ədliyyə Nazirliyi tələbin rədd edildiyini Rusiya hakimiyyətinə bildirdi", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Klyuşin ABŞ-ın sorğusu əsasında İsveçrədə həbs edilib. O, ABŞ-da maliyyə fırıldaqçılığında ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.