Dünya

İraq 200 milyard dollarını tələb edir

27 Avqust 2021 11:06
0 Şərh     Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraq hökuməti qanunsuz yollarla ölkədən çıxarılmış 200 milyard dollar həcmindəki milli sərvətini geri qaytarmaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İraqın maliyyə naziri Əli Ələui hökumətin iclası zamanı bəyan edib.

O bildirib ki, sözügedən vəsaitlərin arasında Səddam Hüseynin aktivləri də var.

Nazirin sözlərinə görə, təkcə Livan Mərkəzi Bankında vaxtilə İraqdan köçürülmüş 20 milyard dollar yoxa çıxıb.

Qeyd edək ki, İraqın 2021-ci il üçün dövlət büdcəsi 90 milyard dollar, büdcə kəsiri isə 20 milyard dollar səviyyəsində təsdiqlənib. Odur ki, hökumətin geri qaytarmaq istədiyi vəsaitlər üç illik dövlət büdcəsindən də çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.