Dünya

ABŞ diplomatı: Kiyev bundan imtina etməlidir

27 Avqust 2021 10:06
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Şimal Axını-2 qaz kəmərini bloklamaq üçün Avropa şirkətlərinə sanksiya tətbiq etmək istəyindən imtina etməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Kiyevdəki keçmiş səfiri Stiven Payper çıxış edib.

Şimal Axını-2 layihəsinin tamamlanmasında ən böyük uduzanın Kiyev olduğunu deyən diplomat ABŞ Prezidenti Co Baydenin də bu layihənin həyata keçirilməsinə qarşı olduğunu, lakin müttəfiqlərlə münasibətləri riskə atmağa və Avropaya sanksiyalar tətbiq etməyə hazır olmadığını qeyd edib:

"Kiyev Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar mövzusunda ABŞ və AB-nin birliyini pozacaq bir yol axtarmamalıdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.