Dünya

Yeddi polis Trampı məhkəməyə verib

27 Avqust 2021 10:19
0 Şərh     Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kapitoli polisinin yeddi əməkdaşı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, asayiş keçikçiləri siyasətçini Vaşinqtondakı 6 yanvar hadisələri öncədən planlaşdırmaqda ittiham ediblər.

Onların sözlərinə görə, Tramp xeyli müddət ərzində prezident seçkilərinin saxtalaşdırılması haqqında əsassız bəyənatlar verərək, öz tərəfdarlarını aqressiv hərəkətlərə sövq edib. Nəticədə acıqlı kütlə Kapitoliyə hücum çəkib.

Qeyd edək ki, bundan öncə də sözügedən hadisələrlə bağlı Trampa qarşı məhkəmə iddiası irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.