Dünya

“Taliban” əfqanları hava limanına buraxmır

25 Avqust 2021 23:25
0 Şərh     Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Əfqanıstan vətəndaşlarına Kabil hava limanına giriş-çıxışı bağlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hava limanına yalnız xarici vətəndaşlar buraxılır. Aeroport qarşısında toplaşan yerli sakinlər toqquşmalar yaradıb, hava limanının qapıları bağlanıb. Mənbənin bildirdiyinə görə, xarici vətəndaşlığı olan əfqanların buraxılması növbəti bildirişdən sonra mümkün olacaq.

Şahidlərdən birinin ifadəsinə görə, taliblər səfirliklərin maşınlarını saxlayaraq onların əfqan həmkarlarını aeroporta buraxmırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.