Dünya

“Omais” 10 mindən çox insanı evindən didərgin saldı

24 Avqust 2021 08:12
0 Şərh     Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın cənub bölgələrini cənginə alan "Omais" tayfunu elektrik təchizatında fasilələr yaradıb, evlər və yolları suya qərq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu səbəbdən 10 mindən çox insan təhlükəli ərazilərdən təxliyyə olunmağa məcbur olub.

Çedjudo adasında 219 mm., Pusan şəhərində 159 mm. Yağıntı düşüb. Küləyin sürəti 19 m/s-yə çatıb. Pusan və Ulsanda 220-yə yaxın ev təsərrüfatının elektrik təchizatında fasilələr yaranıb. Yanğınsöndürənlər su altında qalmış ərazilərdən 11 nəfəri xilas edib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Tayfun səbəbindən 86 aviareys ləğv olunub və ya tarixi dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.