Dünya

Qureyşi "Taliban"la dialoqa çağırıb

24 Avqust 2021 08:28
0 Şərh     Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslamabad dünyanın bütün ölkələrini Əfqanıstanda hakimiyyətə gələn radikal "Taliban" hərəkatı ilə dialoq qurmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi keçirdiyi mətbuat konfransında bildirib.

"Beynəlxalq cəmiyyət Əfqanıstanda "Taliban"la əlaqədə qalmalıdır", - deyə "Jeo TV" Qureyşidən sitat gətirib.

Pakistan xarici işlər nazirinin sözlərinə görə, yaxın gələcəkdə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün İran, Türkmənistan, Tacikistan və Özbəkistana səfər edəcək. O, Pakistanın bu ölkədə sülhü inkişaf etdirmək niyyətində olduğunu və bölgənin digər dövlətlərinin də bunu edəcəyinə ümid etdiyini qeyd vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.