Dünya

Ağ Ev: ABŞ hər gün "Taliban"la danışıqlar aparır

24 Avqust 2021 08:53
0 Şərh     Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ "Taliban" hərəkatı ilə hər gün hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan deyib.

"Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə "Taliban"la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələrin qorunması üçün təfərrüatlara getmək istəməzdim", - deyə Sallivan Ağ Evdəki brifinqdə bildirib.

O, əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar amerikalıların, onların yerli sakinlərdən olan müttəfiqlərinin və üçüncü ölkə vətəndaşlarının 31 avqusta qədər təxliyəsini başa çatdırmaq imkanına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.