Dünya

ABŞ təyyarədə əfqanların cəsədinin aşkarlanmasını təsdiqlədi

18 Avqust 2021 15:36
0 Şərh     Baxış: 1 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Hava Qüvvələri Kabildən havaya qalxan hərbi yük təyyarəsinin eniş mexanizmində insan cəsədinin qalıqlarının olduğunu təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hava Qüvvələri paytaxtdan təxliyyə məqsədilə havaya qalxan "C-17" tipli hərbi yük təyyarəsinin kənar hissələrindən tutaraq ölkədən qaçmağa çalışan əfqanlarla bağlı araşdırma başladıb. 

Neçə nəfərin həlak olduğu barədə dəqiq məlumat verilməsə də, ABŞ  hərbi yük təyyarəsinin eniş mexanizmində insan cəsədinin hissələrinin olduğu faktını təsdiq edib və əfqanların həlak olması faktını araşdırdığını elan edib.

Qeyd edək ki, ölkədən qaçmağa çalışan bir əfqanın cəsədi Kabildən havaya qalxan "C-17" hərbi-nəqliyyat təyyarəsinin şassi hissəsində aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.