Mədəniyyət

Yadigar Muradov süni nəfəs aparatına qoşuldu

30 Oktyabr 2025 13:08
Baxış: 1 078
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.

Milli.Az xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib.

O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: "Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün".

Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib. 

Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır./qaynarinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.