Hava

Oktyabrın son günü hava necə olacaq?

30 Oktyabr 2025 13:10
Baxış: 1 192
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 31-nə olan hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah ölkə ərazisində əsasən yağmursuz hava müşahidə olunacaq.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da, yağış gözlənilmir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz isə 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetrə enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək, qərb küləyi əsəcək. Temperatur gecə 7-12, gündüz 18-22, dağlıq ərazilərdə isə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.