Dünya

"Talibanın hakimiyyətə gəlişi ABŞ-la razılaşdırılıb"

18 Avqust 2021 11:48
0 Şərh     Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Əfqanıstandan qoşunlarını çıxarması gözlənilmir, çünki ona qarşı hər hansı aqressiv davranış sərgilənmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Əfqanıstan parlamentlərarası dostluq qrupunun üzvü İbrahim Aydın deyib.

O bildirib ki, hazırki Taliban 20 il öncə Əfqanıstanı idarə etmiş qruplaşmadan kəskin fərqlənir:

"Taliblər özləri də inanmırdılar ki, belə sürətlə Əfqanıstanı ələ keçirə bilərlər. Hesab edirəm ki, Talibanın hakimiyyətə gəlişi Əfqanıstanın istefa vermiş Prezidenti Əşrəf Qəni və ABŞ-la hər hansı şərtlər daxilində razılaşdırıb. Düşünürəm ki, hərbçilərini geri çəkmək qərarına baxmayaraq, Əfqanıstan indi ABŞ-ın nəzarəti altındadır. Vaşinqton hər hansı vəsait xərcləmədən ölkəni nəzarətdə saxlamağı hədəfləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.