Dünya

Nigeriya şəriət polisindən mübahisəli qərar: Manekenlərin başları çıxarılacaq

18 Avqust 2021 10:54
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriyanın şəriət polisi olaraq tanınan "Hisbə" təşkilatı mağazaların vitrinlərində istifadə edilən manekenlərlə bağlı mübahisəli qərar verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qurumun rəhbəri Harun İbn-Sina islamın bütpərəstliyi rədd etdiyini əsas gətirərək, bundan sonra manekenlərin yalnız başsız istifadəsinə icazə veriləcəyini, başlı fiqurların isə bütləri xatırlatdığını bildirib. 

Ölkə ictimaiyyətində mübahisələrə səbəb olan qərarın hələ ki, yalnız müsəlman əyaləti sayılan Kanoda tətbiq ediləcəyi vurğulanıb.

İbn-Sinanın sözlərinə görə, manikenlərin yalnız geyimli şəkildə istifadəsinə izacə verilir. Belə ki, şəriətə görə, sinə və çanaq nayihəsinin formalarının nümayiş olunması haram sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.