Dünya

Saturn barədə populyar mif təkzib olundu - FOTO

18 Avqust 2021 11:06
0 Şərh     Baxış: 1 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saturn planeti öz daxili quruluşu ilə elm adamlarını təəccübləndirib. Belə ki, Kaliforniyanın Pasadena Texnologiya İnstitutunun astronomları Saturnun nüvəsinin qeyri-səlis sərhədlərə malik olduğunu aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Nature Astronomy" jurnalında dərc olunan məqalədə deyilir.

Tədqiqatçılar NASA -nın "Cassini" kosmik gəmisinin Saturn ətrafında 13 il dövr edən məlumatlarını araşdırıblar.

İndiyə qədər Saturnun mərkəzində hidrogen və helium qabığı ilə əhatə olunmuş metal bir nüvənin olduğuna inanılırdı. Ancaq yeni sübutlar planetin nüvəsinin böyük ehtimalla hidrogen, helium və ağır elementlərin qarışığından ibarət olduğunu göstərir.

Çəkisinə görə təxminən 17 Yer kütləsi ağırlığında olan nüvə planetin 60 faizini tutur, bu da əvvəllər güman edildiyindən çoxdur. Nüvə ilə qaz zərfinin arasındakı sərhəd qeyri-səlisdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.