Dünya

Türkiyə bunu etməsə, orda qala bilməz! - General

17 Avqust 2021 10:24
0 Şərh     Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Talibanla danışıqlar aparmalıdır, danışıqlar olmazsa, orada qala bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri təqaüddə olan türkiyəli general İsmayıl Hakkı Pekin deyib.

"Türk əsgəri regionda mövcudluğunu davam etdirməlidir. Türkiyənin Pakistanla birgə sabitliyin bərqərar olması üçün çalışdığı deyilir. Pakistan baş naziri "Türkiyə Talibanla görüşmək üçün lazımi tədbirlər görür" açıqlaması ilə çıxış etdi. Böyük ehtimalla, danışıqlar aparılır. Onsuz da Taliban ilə danışıqlar aparmasaq, türk əsgərinin orada qalması mümkün deyil. Bu bölgə Türkiyə üçün olduqca önəmlidir", - deyə Hakkı Pekin bildirib.

O, Əfqanıstandakı vəziyyətin sadəcə region ölkələrinə deyil, ABŞ və Avropa ölkələrinə də təsirsiz ötüşməyəcəyini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.