Dünya

Çexiya koronavirusun müxtəlif variantlarından əziyyət çəkir

16 Avqust 2021 23:15
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Delta" ştamı Çexiyada koronavirusa yoluxanlar arasında ən çox yayılan variantdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ştama koronavirus ilə bağlı müsbət testlərin 95 faizində rast gəlinir. Eyni zamanda, "alfa" ştamı nümunələrin yalnız 2 faizində aşkar edilib. Bundan əlavə, götürülən nümunələrdən 8-də naməlum koronavirus ştamı aşkar edilib. Hazırda onlar ətraflı araşdırılır.

Məlumdur ki, son zamanlar daha çox yoluxma dərəcəsi olan ştamlar tədricən digərlərini aradan çıxarır. Əvvəllər "Hindistan ştamı" adlandırılan "delta" 2021-ci ilin iyun ayından etibarən Çexiyada yayılır. İyul ayında Cənubi Moraviyada "lyambda" ştamına 2 yoluxma halı aşkar edilib. Çexiyada "delta-plus" ştamına 20 yoluxma halı aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.