Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin İsraildəki səfirini geri çağırıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A. Sarkisyan Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın geri çağırılmasına dair sərəncam imzalayıb.
Bildirilir ki, hələ aprel ayında səfir Smbatyan barəsində ölkənin keçmiş mədəniyyət və gənclər naziri Hasmik Poqosyanla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, həmçinin çirkli pulların yuyulmasında iştirak etməklə bağlı ittiham irəli sürülüb.
Milli.Az