Rusiyanın İrandakı səfiri Levan Caqaryanin "Tvitter" paylaşımı böyük qalmaqal yaradıb.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, Caqaryan Böyük Britaniyanın ölkədəki səfiri ilə 1943-cü il Tehran konfransının keçirildiyi ərazidə foto çəkdirib. Səfir şəkillə İkinci Dünya Müharibəsinin, həmçinin, İranın taleyini müəyyənləşdirən Stalin, Ruzvelt və Çerçil görüşünə eyham vurub.
Foto iranlıların, o cümlədən, xarici işlər naziri Cavad Zərifin narazılığına səbəb olub.
"Bu gün çox yersiz bir şəkil gördüm. İran xalqı taleyinin xarici səfirliklərin yaxud ölkələrin əlində olmadığını nümayiş etdirib"- deyə Zərif məsələyə reaksiya verib.
Milli.Az