Dünya

Fransada 3000 tülkü öldürüləcək

12 Avqust 2021 09:54
2 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın şimalında yerləşən Oise prefekturası şəhərdəki tülkülərin öldürülməsinə dair qərar qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Le Parisien" yayıb.

Məlumata əsasən, belə bir qərarın verilməsinə səbəb bölgədə tülkülərin çoxalmasıdır və məqsəd onların sayını nizamlamaqdır.

Bildirilir ki, sözügedən bu məqsəd üçün 15 ovçu təyin olunub və həmin şəxslər 2022-ci il martın 31-nə kimi hər biri 200 tülkü öldürə bilər. 

Bu qərar ölkənin bir neçə ekoloji sahədə fəaliyyət göstərən təşkilatlarının sərt tənqidinə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.