Dünya

Türkiyə üçün növbəti problem - Əfqan qaçqınlar nərdivanlarla sədləri aşıb keçir - VİDEO

10 Avqust 2021 17:06
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Əfqanıstandan çıxdıqdan sonra Taliban sürətlə ölkədə nəzarəti ələ almağa başlayıb və artıq ələ keçirilən şəhərlərin sayı 6-ya yüksəlib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Türkiyə sərhədinə axın edən əfqan qaçqınların görüntülərinə hər gün yenisi əlavə olunur. Sosial mediada yayımlanan və İran sərhədində çəkildiyi iddia edilən videoda, çoxlu əfqan qaçqının sərhəddə tikilmiş divardakı nərdivana qalxdığı görünür.

Əldə etdikləri şəhərlərdə həbsxanalarda olan məhbusları da azad edən Talibanın əlindən çoxsaylı əfqan ölkədən qaçmağa çalışır. Sərhəddə çəkildiyi iddia edilən videoda bir çox əfqan qaçqın İran sərhədini keçərək oradan da Türkiyəyə keçməyə çalışır. Qarşı tərəfə nərdivan ataraq keçdiyi, qaçqınların divardakı məftilləri kəsərək pilləkənlərlə dəstə-dəstə qalxıb divarı keçdiyi görünür.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.