Dünya

Gürcüstanda açıq havada maska taxmaq yenidən məcburi olacaq

9 Avqust 2021 14:25
0 Şərh     Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabahdan Gürcüstanda 5-dən çox insanın toplaşdığı açıq məkanlarda tibbi maskadan istifadə məcburi olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, qərarın qəbul edilməsinə səbəb ölkədə epidemioloji vəziyyətin pisləməsidir.

Bundan başqa ölkə ərazisində toyların və digər kütləvi şənliklərin keçirilməsinə nəzarət gücləndiriləcək. Qayda pozuntusuna yol vermiş obyektlər 10 min lari (5510 manat) cərimə olunacaq, eyni müəssisə təkrar qanun pozuntusuna yol verdikdə isə fəaliyyəti dayandırılacaq.

Müvafiq qərarla açıq və qapalı məkanlarda gecə klublarının fəaliyyəti də qadağan edilib, qida iaşə obyektlərinin fəaliyyəti isə 00:00-dan 05:00-dək məhdudlaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory